"Bizə nə lazım olduğunu artıq bilirik" - Jelko Sopiç

15 Dekabr 2019 17:19 Sabah 1 034
"Bizə nə lazım olduğunu artıq bilirik" - Jelko Sopiç

"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə ilk oyunundan (3:0) sonra mətbuat konfransı keçirib. Sportinfo.az-ın əməkdaşının verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis əvvəlcə məğlubiyyəti şərh edib.

- Rəqibi təbrik edirəm. Onlar bu gün bizdən daha yaxşı, daha ağıllı oynadılar. "Qəbələ"nin heyətində 3, 6, 9 və 10 nömrəli futbolçuları fərqləndirərdim. Onlar meydanda fərq yaratdılar. İkinci hissədə göstərdiyimiz oyuna görə bir söz deyə bilmərəm. Əllərindən gələni etdilər. Bilirsiz, futbolu qola görə oynayırlar. Yaxşı oynayıb, qol vurmursansa, bunun bir mənası yoxdur. Keyfiyyət bu oyunda da öz sözünü dedi.

- Bu potensialla cavab oyununda nəyəsə ümid edirsiz?

- Həyatda da çox nikbin insanam. Əlbəttə, ümid edirəm. Bunun üçün bütün gücümüzü ortaya qoymalı və ən azı 3 qol vurmalıyıq. Ancaq onu da deyim ki, son oyunlarda çox qol vurmamışıq. Bu, yenə də keyfiyyətin göstəricisidir.

- Bugünkü məğlubiyyətdən sonra qışda komandadan gedəcək futbolçuların siyahısına yeni adlar əlavə oluna bilərmi?

- Əlbəttə, bu, bizim imkanlarımız bağlıdır. Çempionatda bizdən aşağıda olan rəqibdən cəmi 1 xal irəlidəyik. Cərimə meydançasına 25 asma edib təhlükə yarada bilmiriksə, bizə nə lazım olduğunu artıq bilirik.

- İlk dəfədir Qəbələdə olursuz. Buradakı infrastrukturu görəndən sonra bu klubu Xorvatiya təmsilçiləri ilə müqayisə edə bilərsiz?

- Deyə bilərəm ki, Xorvatiyada heç bir klubun bu cür 11 meydançası yoxdur. Klub təşkilatçılığı barədə nəsə deyə bilmərəm. Amma eşitdiyimə görə, Qəbələdə 11 məşq meydançası var. Bu isə çox yüksək göstəricidir. Bizdə belə şəraitə malik olan komandalar yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti