Azərbaycan klubu 3-cü oyunu da eyni hesabla uduzdu

14 Dekabr 2019 16:06 Sabah 767
Azərbaycan klubu 3-cü oyunu da eyni hesabla uduzdu

Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən “Audi Cup”da iştirak edən “Sabah”ın U-14 komandası turnir çərçivəsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz bu dəfə İtaliyanın “Verona” klubuyla qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Matçda komandamızın yeganə qoluna Mirhafiz Talışzadə imza atıb.

Xatırladaq ki, U-14 bundan öncə “Audi Cup”da İspaniyanın “Levante” (1:3) və Gürcüstanın “Saburtalo” (1:3) komandaları ilə qarşılaşmışdı.

Təmsilçimiz turnirdəki son oyununda 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq.

Digər Xəbərlər
Xəbər Lenti