"Sabah"ın baş məşqçisi istəmədiyi futbolçular barədə… RAPORT VERMƏYİB

13 Dekabr 2019 23:20 Sabah 1 326
"Sabah"ın baş məşqçisi istəmədiyi futbolçular barədə… RAPORT VERMƏYİB

"Qış fasiləsi zamanı komandamızda köklü dəyişiklərin olması gözlənilmir" - bu barədə Sportinfo.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

Onun sözlərinə görə, yeni baş məşqçi Jelko Sopiç sərəncamında görmək istəmədiyi futbolçular barədə raport təqdim etməyib:

"Komandamızın qarşıda iki kubok oyunu var. Məqsəd "Qəbələ"ni keçib, yarımfinala vəsiqə qazanmaqdır. Yeni baş məşqçimizin gəldiyi heç bir ay deyil.

Bu, futbolçuları tanımaq üçün böyük vaxt deyil. Ola bilər ki, ilk həftələr özünü göstərə bilməyən futbolçu bundan sonra baş məşqçinin rəğbətini qazanan oyun sərgiləsin.

Sopiç hesab edir ki, legioner yerli futbolçudan azı ikibaş güclü olmalıdır. Kubok oyunlarından sonra hər şeyə aydınlıq gələcək. Komanda yanvarın əvvəlində iki həftəlik təlim-məşq toplanışı üçün Antalyaya gedəcək".

Digər Xəbərlər
Xəbər Lenti