Tanınmış braziliyalı qolçu Azərbaycan klubuna lazımdırmı?

26 May 11:20 Sabah 2 416
Tanınmış braziliyalı qolçu Azərbaycan klubuna lazımdırmı?

"Sabah"ın baş məşqçisi Vasili Berezutski Vaqner Lavı Azərbaycana dəvət etmək ehtimalı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis braziliyalı hücumçunu tərifləyib:

"Vaqner çox yaxşı, ağıllı oyunçudur. Yaş artdıqca sürəti azalsa da, yenə də korpusundan istifadə edərək yaxşı oynayır, topu kontrol edir.

Əslində, çətin sualdır. Bilmək olmaz, Premyer Liqanın intensivliyən dözər, ya yox. Amma futbolçu kim Vaqner əladır".

41 yaşlı forvard hazırda Braziliyada "Avai"nin formasını geyinir. Onun B seriyası təmsilçisi ilə müqaviləsi gələn ay başa çatacaq.

Vaqner Lav buna qədər 12 klubda çıxış edib. Onların arasında "Palmeyras", "Flamenqo", SSKA (Moskva), "Monako" və "Beşiktaş" da var.

Digər Xəbərlər
Xəbər Lenti