
"Sabah"ın baş məşqçisi Vasili Berezutski Premyer Liqanın 36-cı turunda "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Sportinfo.az xəbər verir ki, o, deyib:
“Maraqlı oyun oldu. İki qırmızı vərəqə göstərildi. Hər iki komandada kəskin, çoxlu qol epizodları gördük.
Yaxşı ki, qalib gəldik. Kubok oyunundan öncə bizə özünəgüvən verəcək”.
Mütəxəssis bildirib ki, finaldan öncə onu narahat edən heç bir şey yoxdur:
"Biz işləyirik. Az oynayanlara daha çox şans verdik ki, oyun ritmini tutsunlar. Çox oynayanlara istirahət verdik. Sakit şəkildə finala hazırlaşırıq".
Berezutski daha öncə SSKA-nın UEFA kubokundakı qələbəsinin 20 illiyi şərəfinə keçiriləcək qala-matçda iştirak edib.
O, deyib ki, həmin matçda kimi görübsə, çağırıb. Lakin gəlib-gəlməyəcəklərini bilmir.