Müqaviləni uzatmadı, ayrılacağını açıqladı - “Qarabağ“ı gözləyir

25 May 22:55 Sabah 962
Müqaviləni uzatmadı, ayrılacağını açıqladı - “Qarabağ“ı gözləyir

“Sabah”ın bu ilin yanvarında sıralarına qatdığı Stas Pokatilov yeni qərar verib.

Qazaxıstan millisinin qapıçısı 6 aylıq müqavilə imzaladığı klubdan ayrılmağı üstün tutub.

O, rəsmilərlə görüşərək, kontraktı uzatmayacağını qeyd edib, ölkəsinə qayıtmaq fikrini qətiləşdirdiyini bildirib.

Kiper bir neçə təklifinin olduğunu, Azərbaycan karyerasının başa çatdığını, mayın 31-də “Qarabağ“la keçirəcəkləri kubokun final matçının ardından vətəninə dönəcəyini söyləyib.

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.

2015-ci ildən dəvət aldığı Qazaxıstan yığmasında 28 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 May 02:50 İki qolla uduzdular