“Neftçi”nin oyununda iki xoşagəlməz hadisə və digər olanlar - VİDEO

00:30 Sabah 92
“Neftçi”nin oyununda iki xoşagəlməz hadisə və digər olanlar - VİDEO

Premyer Liqada sonuncu - XXXVI turun oyununda "Sabah" "Neftçi"yə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşün taleyini 1 qol həll edib.

Yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika "ağ-qaralar"ın qapısından keçirib.

"Sabah" 48 xalla turnir cədvəlini beşinci, 43 xala malik "Neftçi" isə altıncı pillədə başa vurub.

“Sabah” – “Neftçi” 1:0

Qol: Cesse Sekidika, 64
Masazır. “Bank Respublika Arena”, 1000 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Kərim Zeynalov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqə: Elvin Camalov, 89 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Sofian Çakla, 50 (ciddi qayda pozuntusu) // Edvin Kuç, 76 (rəqibi aşkar qol vurmaqdan məhrum etmək)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Sabah”
92. Stas Pokatilov
10. Namik Ələskərov (k)
(17. Tellur Mütəllimov, 61)
9. Anatoli Nuriyev
(6. Abdulax Xaybulaev, 46)
8. Ayaz Quliyev
5. Rəhman Daşdəmirov
88. Xəyal Əliyev
(18. Pavol Safranko, 46)
4. Sofian Çakla
40. İqor Noqeyra
70. Cesse Sekidika
(11. Kahim Parris, 75)
3. Con İrasabal
13. İvan Lepiniça
(33. Umarali Raxmonaliyev, 61)
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
7. Boyan Letiç
12. Vinsent Til
99. Neqoş Kupusoviç
83. Stefen Ende
Baş məşqçi: Vasili Berezutski

“Neftçi”
93. Rza Cəfərov (k)
10. Filip Ozobiç
(22. Dembo Darbo, 57)
8. Emin Mahmudov
19. Azər Salahlı
4. Elvin Camalov
14. Edvin Kuç
99. Ervin Koffi
23. Robert Bauer
(17. Rəhman Hacıyev, 46)
24. Mustafa Sek
(88. Andrey Ştoqrin, 70)
9. Bassala Sambu
11. Aleks Fernandes
Ehtiyat oyunçular:
1. Emil Balayev
30. Rustam Samigullin
90. Ramil Şeydayev
91. Ağadadaş Salyanski
Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti