"Rusiyada kimi gördümsə, hamısını "Qarabağ"la finala dəvət etdim" - Vasili Berezutski

24 May 23:25 Sabah 156
"Rusiyada kimi gördümsə, hamısını "Qarabağ"la finala dəvət etdim" - Vasili Berezutski

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Sabah” – “Neftçi” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Sportinfo.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Maraqlı oyun oldu. İki qırmızı vərəqə alındı. Hər iki komandadan kəskin hücumlar, çox qol epizodları gördük. Yaxşı ki, qalib gəldik. Bu, kubok oyunöncəsi bizə özgüvən verəcək.

– Final öncəsi sizi narahat edən nəsə var?

– Xeyr. Biz işləyirik. Az oynayanlara daha çox şans verdik ki, oyun ritmini tutsunlar. Çox oyun oynayanlara istirahət verdik. Sakit şəkildə finala hazırlaşırıq.

– ÇSKA-nın yubiley matçında yəqin ki, sabiq komanda yoldaşlarınızı, Valeri Qazzayevi final görüşünə dəvət etmisiz? Gələcəklər?

– Bilmirəm. Çətindir, amma demişəm(gülür). Kimi gördümsə, hamını finala dəvət etdim. Bəli, final görüşünü də müzakirə etmişik. Oyuna mütləq baxacaqlar. Amma harada baxacaqlarını bilmirəm.

– Vladimir Qabulov Rusiya mətbuatına açıqlamasında bildirib ki, keçmiş komanda yoldaşları ilə birlikdə Vaqner Lavı “Sabah”a dəvət etməyinizi məsləhət bilir. Hətta deyib ki, Lav “Sabah”ı çempion edə bilər. Bu haqda düşünmüsüz?

Vaqner çox yaxşı, ağıllı oyunçudur. Yaş artdıqca sürəti azalsa da, yenə də korpusundan istifadə edərək yaxşı oynayır, topu kontrol edir. Əslində, çətin sualdır. Bilmək olmaz Premyer Liqanın intensivliyən dözər, ya yox. Amma futbolçu kim Vaqner əla futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti