Üç ölkədə çıxış etmiş legioner Azərbaycan klubundan da yola salındı

15:00 Sabah 358
Üç ölkədə çıxış etmiş legioner Azərbaycan klubundan da yola salındı

Avrokuboklara vəsiqə qazanmaq ümidini ölkə kubokunun finalına bağlayan "Sabah" eyni zamanda transfer bazarına diqqət ayırmaqdadır.

Masazır təmsilçisi 2023-cü ilin yayında heyətinə qatdığı Vensan Tillə yola davam etməməyi qərara alıb.

İki illik müqaviləsi başa çataq üzrə olan Lüksemburq millisinin futbolçusu artıq bu barədə məlumatlıdır.

25 yaşlı yarımmüdafiəçinin düşərgədən göndərilməsi təsadüfi deyil.

Ötən il ağır əməliyyat keçirmiş legioner uzun müddət yaşıl meydanlardan uzaq qalıb və hələ də formaya düşməyib. Bu mövsüm Premyer Liqada cəmi 1 qol vuran Till rəqabətə hazır olmadığını göstərib.

O, daha əvvəl Fransanın“Mets”, “Po”, “Orlean” və Portuqaliyanın “Nasyonal” klublarının formasını geyinib. O, son iki ildə icarə əsasında İsveçdə “Erebru” və AİK-in şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti