Ölkə xaricində bir nəfər gözlərinə dəydi - O da Premyer Liqamızdan

23 May 2025 13:40 Sabah 918
Ölkə xaricində bir nəfər gözlərinə dəydi - O da Premyer Liqamızdan

“Sabah”ın qapıçısı Stas Pokatilov növbəti dəfə Qazaxıstan millisinə çağırılıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Alı Alıyev 36 nəfərlik ilkin siyahıya 32 yaşlı qolkiperi də salıb.

Milliyə dəvət alan 4 qapıçıdan yalnız o, ölkə xaricində legioner həyatı yaşayır.

Pokatilov iyunda Belarus və Şimali İrlandiya ilə keçiriləcək matçlarda məşqçilər korpusunun sərəncamında ola bilər.

İyunun 5-də Minskdə Belarusla yoldaşlıq görüşü keçirəcək Qazaxıstan yığması dörd gün sonra DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA