
Gənclər Liqasında 36-cı turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, “Sabah”ın U-19 komandası bu turda səfərdə “Zirə” ilə qarşılaşıb.
Binə qəsəbə stadionunda keçirilən matç Masazır təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0.
Qollara Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev imza atıblar.
Bu qələbə ilə xallarının sayını 89-a çatdıran "Sabah", mövsümün bitməsinə 3 tur qalmış, çempionluğunu rəsmiləşdirib.
Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv ötən mövsümdə də çempionluğa nail olmuşdu.