“Onu inandırmağa çalışırıq ki, bu hücumçunu komandana götür, səni çempion edəcək"

22 May 2025 20:20 Sabah 1 076
“Onu inandırmağa çalışırıq ki, bu hücumçunu komandana götür, səni çempion edəcək"

ÇSKA-nın sabiq qapıçısı Vladimir Qabulov “Sabah”ın baş məşqçisi Vasili Berezutskiyə heyətini braziliyalı hücumçu Vaqner Lav ilə gücləndirməyi təklif etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, “Советский спорт”ə açıqlama verən Qabulov bunları bildirib:

“Mən virtual müqayisələrin tərəfdarı deyiləm. Adekvat şərtlərlə yaşamaq lazımdır.

Akinfeyev hələ də ÇSKA-nı gücləndirir. Vaqner isə ümumiyyətlə əladır.

Bütün komandamız Vasya Berezutskini inandırmağa çalışırıq ki, Vaqneri komandana götür, o səni çempion edəcək".

Lav ÇSKA-da 259 matçda 124 qol vurub. O, son olaraq “Avai”də oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA