“Azərbaycanda işlərim yaxşı gedir, o, məni dəvət etməyib”

21 May 12:40 Sabah 593
“Azərbaycanda işlərim yaxşı gedir, o, məni dəvət etməyib”

“Sabah”ın baş məşqçisi Vasili Berezutski ÇSKA-nın Moskvada UEFA kubokunda qazandığı qələbənin 20-ci ildönümü şərəfinə keçirilən oyunda zədələnib.

Sportinfo.az “Советский спорт” nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin baldırında problem yaranıb.

Berezutski Rusiya mətbuatına açıqlamasında ÇSKA-da işləmək imkanından danışıb:

“Sabah”da işlərim yaxşı gedir. İndi mövsümün sonuna bir tur və kubokun final görüşü qalıb.

ÇSKA-nın baş məşqçisi olmaq məsələsinə gəlincə, gələcəyin necə olacağını öncədən bilə-bilmirəm.

Bu dünyada hər şey mümkündür. Hazırkı baş məşqçi Marko Nikoliç məni ÇSKA-da işləməyə dəvət etməyib”.

Berezutski 2024-cü il noyabrın 25-dən "Sabah"a rəhbərlik edir. O, klubla 2,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti