Premyer Liqada 250 qol buraxan komandanı da tanıdıq

04:00 Sabah 106
Premyer Liqada 250 qol buraxan komandanı da tanıdıq

"Sabah" Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXXV turuna təsadüf edib.

“Zirə” ilə səfər matçında buraxılan top 250-ci olub. Bu qola Georgi Papunaşvili imza atıb.

250-ci qol 2018-ci ildə Premyer Liqada debüt edən “Sabah”ın 211-ci görüşünə təsadüf edib. Bunlardan 120-si evdə, 130-u səfərdə buraxılıb.

“Zirə” – “Sabah” matçı 1:1 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti