"Sabah" finalda - Ya “Qarabağ”, ya da “Qəbələ” ilə qarşılaşacaqlar

20 May 2025 03:20 Sabah 850
"Sabah" finalda - Ya “Qarabağ”, ya da “Qəbələ” ilə qarşılaşacaqlar

U-15 Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “ASK Arena”nın ehtiyat meydançasında “Sabah” “Neftçi” ilə qarşılaşıb.

Oyun bu komandalar arasında keçirilmiş ilk görüş kimi qolsuz bərabərliklə başa çatıb. Əlavə vaxtı da 0:0 nəticələnən qarşılaşmanın penaltilər seriyasında 4:2 hesabıyla qalib gələn “Sabah” finala vəsiqə qazanıb.

Baş məşqçi Şahin Zeynalovun çalışdırdığı komanda həlledici oyunda “Qarabağ” - “Qəbələ” cütünün qalibi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?