“Rubin”dən bura gələn deyir: “Bizimkilərlə eynidir”

17 May 11:20 Sabah 1 050
“Rubin”dən bura gələn deyir: “Bizimkilərlə eynidir”

“Sabah”ın və Özbəkistanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Umarali Raxmonaliyev Azərbaycandakı həyatı və oyunu ilə bağlı təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, "Rubin"dən icarəyə götürülən legioner ölkəmizdə özünü rahat hiss etdiyini qeyd edib.

"Özümü evimdəki kimi hiss edirəm, çünki mədəniyyət və hər şey Özbəkistana bənzəyir. İnsanlar, dinlər və münasibətlər bizimkilərlə eynidir", deyə Raxmonaliyev "BorodAbata" YouTube kanalına müsahibəsində deyib.

Yarımmüdafiəçi Azərbaycan çempionatının səviyyəsini də yüksək qiymətləndirib:

"Yerli çempionat güclüdür və bizim avrokuboklara düşmək şansımız var. Bütün komandalar səy göstərir".

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!