10 yaşlı azərbaycanlı hücumçu rus teleaparıcının diqqətini necə çəkdi? - VİDEO+FOTO

16 May 2025 17:40 Sabah 1 592
10 yaşlı azərbaycanlı hücumçu rus teleaparıcının diqqətini necə çəkdi? -  VİDEO+FOTO

"Sabah"ın U-10 komandası “East Cup Kazan” beynəlxalq futbol turnirində ilk oyununu keçirib.

Masazır təmsilçisi birinci matçında Tacikistandan “Babilon”a 2:1 hesabıyla qalib gəlib.

Görüşdə "Sabah"ın hər iki qolunu Onur Əlili vurub. "10 nömrə" dubla imza atandan sonra etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

Hücumçu sevincini klubun və Azərbaycan bayrağını öpməklə qeyd edib. Onur oyunu və jesti ilə rusiyalı teleaparıcının rəğbətini qazanıb.

Yerli şərhçi onun haqda müsbət fikirlər səsləndirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?