Azərbaycan klubunun oyunçusu Malayziya millisinə aparılır

16 May 11:20 Sabah 550
Azərbaycan klubunun oyunçusu Malayziya millisinə aparılır

"Sabah"ın müdafiəçisi Con İrazabal Malayziya millisində debüt edə bilər.

Sportinfo.az xəbər verir ki, Asiya yığmasının baş məşqçisi Pyotr Çklamovski 28 yaşlı ispaniyalını qarşıdakı toplanışa dəvət etməyi planlaşdırır.

Malayziyalılıar hazırlıq çərçivəsində mayın 29-da və iyunun 3-də Kabo-Verde ilə iki yoldaşlıq oyunu keçirəcəklər.

Conun ölkə yığmasında daha gec qoşulacağı gözlənilir. Mayın 31-də “Sabah” Azərbaycan Kubokunun finalında “Qarabağ”la qarşılaşacaq.

Malayziya millisinin yoxlama oyunları FIFA-nın beynəlxalq pəncərəsinə düşmədiyi üçün İrazabalın ilk yoldaşlıq oyununda iştirak etməyəci dəqiqdir. Amma onun Kuala-Lumpurda baş tutacaq ikinci oyunda iştirakı ehtimal olunur.

Malayziya iyunun 10-da Asiya Kubokunun seçmə mərhələsində Vyetnama qarşı olacaq və İrazabal komandada ilk rəsmi görüşünü keçirə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!