
"Vasili Berezutski "dəlləkliy"i "Sabah"ın başında öyrənir".
Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, ötən ilin payızından bəri Masazır klubunu çalışdıran rusiyalının ünvanına tənqidi fikirlər səsləndirib.
Tanınmış telejurnalist bildirib ki, 42 yaşlı Berezutski baş məşqçi kimi ilk addımlarını Azərbaycanda atır və bu, "bayquşlar"a uğur gətirmir.
Komandanın Premyer Liqanın cari mövsümündə 17 heç-heçəyə imza atmasına diqqət çəkən Rzayev qeyd edib ki, "Sabah" ölkə kubokunun finalına vəsiqə qazansa da, Berezutskinin işində ciddi nöqsanlar var və klub rəhbərliyi onunla uzun yol getməməlidir.
Aparıcının fikrincə, rus məşqçi sərəncamındakı heyətdən düzgün istifadə etmir, taktiki cəhətdən yanlışlara yol verir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN