“Sabah” da ora getdi

15 May 2025 01:50 Sabah 530
“Sabah” da ora getdi

“Sabah”ın U-10 komandası Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq futbol turnirinə qatılıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda turnirdə Qazaxıstanın “Elimay”, Rusiyanın “Nefteximik”, Tacikistanın “Babilon” və Qırğızıstanın “Abdysh-Ata” komandaları ilə birlikdə A qrupunda yer alıb.

“Sabah” turnir çərçivəsində ilk oyununu bu gün Tacikistanın “Babilon” komandasına qarşı keçirəcək. Turnirə mayın 17-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA