Çox sağolun, icazə verdiz - Ruslar Azərbaycan klubuna təşəkkür etdi

16:20 Sabah 476
Çox sağolun, icazə verdiz - Ruslar Azərbaycan klubuna təşəkkür etdi

SSKA-nın (Moskva) sabiq futbolçusu, hazırda "Sabah" ın baş məşqçisi olan Vasili Berezutski “qırmızı-göylər”in UEFA kubokundakı qələbəsinin 20 illiyi şərəfinə keçiriləcək qala-matçda iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə SSKA-nın mətbuat xidməti məlumat yayıb.

SSKA əfsanələri ilə 2004/05 mövsümündə mükatat gedən yolda ordu futbolçularının məğlub etdiyi Avropa klublarının oyunçularından ibarət komanda arasında oyun 18 may tarixində Moskvada keçiriləcək.

“Berezutski qardaşları və Sergey İqnaşeviçdən ibarət əfsanəvi müdafiə tandemi qala-matçda bütün azarkeşləri sevindirəcək,” – deyə məlumatda qeyd olunub.

Eyni zamanda SSKA “Sabah” klubuna keçmiş müdafiəçiyə qala-matçda iştirak etməyə imkan yaratdığı üçün təşəkkür edib.

Bu matçdan bir gün əvvəl mayın 17-də "Sabah"ın Misli Premyer Liqasının 35-ci turunda səfərdə "Zirə"yə qarşı oyunu olacaq.

SSKA UEFA Kubokunun 2004/05 mövsümündəki finalında Portuqaliyanın “Sportinq” klubunu 3:1 hesabı ilə məğlub edib.

Xəbər Lenti