"Mənim üçün qəhrəman həmişə komandam olacaq"

14 May 22:20 Sabah 350
"Mənim üçün qəhrəman həmişə komandam olacaq"

"Sabah"ın müdafiəçisi İqor Noqeyra Premyer Liqanın 34-cü turunda "Şamaxı"nı məğlub etdikləri matçdan (3:1) sonra Sportinfo.az-a müsahibə verib.

- Oyunla bağlı düşüncələrin necədir?

- Qələbə bizim üçün vacib idi, çünki əvvəlki oyunlarda heç-heçə etmişdik və bu dəfə qələbəyə layiq idik. Bu qələbə bizə qarşıdakı oyunlar üçün motivasiya edəcək.

- "Sabah" karyerandakı ilk qolunu necə şərh edərdin?

- Bu, “Sabah”da ilk qolum olmaqla yanaşı, karyeramda ilk dubl idi. Buna şadam. Ancaq əsas sevindirici olan məqam bu qolların komandaya qələbə qazandırması idi.

- İki qol vurduğunu nəzərə alsaq, səni matçın qəhrəmanı hesab edə bilərik?

- Bu iki qol bir çox səbəbdən vacib idi, amma əsas məsələ komandanın qələbəsi idi. Biz komanda idmanı oynayırıq və mənim üçün qəhrəman həmişə komanda olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!