"Daha yaxşısına layiq idik, lakin..."

13 May 23:00 Sabah 111
"Daha yaxşısına layiq idik, lakin..."

Ötən yay ölkəmizə ayaq basan legionerlərdən biri də İqor Noqeyra oldu.

Braziliya legioner "Sabah"ın formasını geyinmək üçün Azərbaycana gəlməyə razılıq verdi.

Təcrübəli müdafiəçi qısa müddətdə "tələblər"in əsas heyət üzvünə çevrildi.

Amma aldığı zədələr sabit oynamasına ciddi mane olduğunu deməliyik.

Əbəs deyil ki, Premyer Liqanın arxada qalan 34 turundan cəmi 21-də onu meydanda görə bildik.

Sportinfo.az-a açıqlama verən 30 yaşlı cənubi amerikalı çətinliklərə rəğmən Azərbaycanda keçən bir ilindən məmnun olduğunu bildirib:

"Burada özümü xoşbəxt hiss edirəm.

Komanda olaraq çempionatda daha yaxşısına layiq idik, lakin əvəzində kubokda finaldayıq.

İnanıram ki, klubun tarixində ilk titul qazanmaq şansından maksimum istifadə edəcəyik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti