Baş məşqçi dəyişməyənə kimi… Boz komanda

11 May 22:55 Sabah 306
Baş məşqçi dəyişməyənə kimi… Boz komanda

Uzun sürədən sonra «Sabah» aktivinə 3 xal yazdı.

İqor Noqeyranın dublu və Pavol Şafrankonun qolu Vasili Berezutskinin eynini açdı.

Bu mövsüm ilk dəfə «Şamaxı»nı üstələdilər.

Artıq aktivlərindəki xal sayı 44-dür. Dördüncü pillədəki «Turan Tovuz»la aradakı xal fərqi artıq 5-ə enib.

«Sabah» rəhbərliyi bu yerdə təəssüflənməkdən özünü saxlaya bilirsə… Heç inanmağım gəlmir.

Krunoslav Renduliçi göndərməsəydilər, yaxud bir başqa məşqçi ilə anlaşsaydılar, indi tablo 180 dərəcə fərqli rənglərə bürünmüşdü.

Bu komanda gözəl futbol sərgiləməyə qadirdir. Ölkə çapında əla futbolçuları olan «Sabah» hazırda turnir cədvəlinin tən ortasında yer almamalı idi.

Birinci yer «Qarabağ»ındır. Mən «Sabah»ı ikinci yerdə görürdüm. «Zirə» və «Turan»dan daha güclü heyət onlardadır.

«Sabah» baş məşqçi amilinə görə bu qədər geroi düşüb. Berezutski Rusiya səviyyəsində nə qədər güclü futbolçu olubsa, Azərbaycan miqyasında bir elə balaca məşqçidir.

Mən ümumiyyətlə, onda bu keyfiyyətlərin olmasına şübhə ilə yanaşıram.

«Şamaxı»ya qarşı pis oynamadılar. Amma axı biz niyə «pis oynamadılar» deməliyik? «Sabah» növbəti yaxşı oyununu keçirdi» yaza bilmədiyimiz üçün bir günahkar tanıyıram, o da Berezutiskidir.

Kuboku qazansalar da, qazanmasalar da, «Sabah» başbilənləri baş məşqçini dəyişməlidir.

Boz komanda izləməkdən qurtulmaq üçün.

Uduzanda olduğu kimi, udanda da ümid verməyən görüntüdən xilas üçün.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti