
Azərbaycan futbolunda hakimlər növbəti qəribə qərarı ilə gündəmə gəliblər.
Həmişə oxşar epizodlara fərqli mübasibətlə diqqət mərkəzinə düşən "ədalət təmsilçilərimiz" yenə "fərqləniblər".
Belə ki, "Araz-Naxçıvan" - "Sabah" oyununun (1:1) baş hakimi Kamal Umudlu matçın 44-cü dəqiqəsində Abdulla Xaybulayev və Vanderson arasında olan ikili mübarizə zamanı Naxçıvan təmsilçisinin xeyrinə qərar verib.
Lakin epizodun təkrarında məhz "Araz"ın futbolçusunun Xaybulayevin ayağına zərbə endirdiyi aşkar görünür.
Maraqlıdır ki, oxşar epizod "Turan Tovuz" - "Sabah" oyununda da yaşanmış, həmin matçın baş hakimi Elçin Məsiyev epizod başa çatdıqdan bir xeyli sonra oyunu saxlayaraq, qonaqların hücumçusu Pavol Şafrankoya ikinci sarı vərəqə göstərərək meydandan qovmuşdu.
Referinin sarı vərəqəni bir qədər gec verməsi VAR-dan müdaxilə söz-söhbətini gündəmə gətirmişdi.
VAR-ın qırmızı vərəqə olmayan epizodları müdaxiləsi qaydalarla qadağandır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN