"Üstünlük bizim tərəfimizdə idi" - Vasili Berezutski

3 May 2025 22:10 Sabah 763
"Üstünlük bizim tərəfimizdə idi" - Vasili Berezutski

"Sabah" Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Amma ikinci yarıda üstünlük bizim tərəfimizdə idi. Rəqibə daha çox təzyiq edirdik. Qollar vurmaq üçün şanslarımız oldu. Əfsuslar olsun ki, yenə heç-heçə etdik.

- Hakimə ilk etirazınızda sarı vərəqə gördünüz. Bunu necə şərh edərdiniz?

- Əlbəttə ki, sarı vərəqələr də oyunun bir hissəsidir. Yəqin ki, aqressiv şəkildə qışqırmışam. Amma elə deyildi. Sadəcə demək istəyirdim ki, epizodda qayda pozuntusu yox idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA