Lənkəranda 45 futbolçu tapıldı - "Sabah" üçün

1 May 2025 01:10 Sabah 958
Lənkəranda 45 futbolçu tapıldı - "Sabah" üçün

29-30 aprel tarixlərində “Azərlotereya”nın dəstəyi ilə Lənkəran Olimpiya İdman Kompleksində gələcəyin futbol ulduzları üçün seçimlər keçirilib.

Sportinfo.az xəbər verir ki, "Sabah" akademiyasının məşqçiləri tərəfindən təşkil olunan seleksiya prosesində 2009–2015-ci il təvəllüdlü 600-ə yaxın uşaq bacarığını nümayiş etdirib.

Hava şəraiti ilə əlaqədar olaraq seleksiyanın bir hissəsi qapalı meydançada baş tutub.

Seçimlər nəticəsində 45 istedadlı uşaq və yeniyetmə Bakıdakı final mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?