
"Sabah" Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıraraq (2:1, 1:1) finala vəsiqə qazandı.
Masazırda keçirilən və bərabərliklə bitən cavab görüşündə sonra "tələblər"in müdafiəçisi Rəhman Daşdəmirov sevinc hislərini Sportinfo.az-la bölüşüb:
"Çətin oyun olacağını bilirdik. Bizim kimi, rəqib komanda da finala çıxmaq üçün hər şeyini ortaya qoyurdu.
Xüsusilə ilk hissədə bir qədər çətin anlar yaşadıq.
Amma fasilədən sonra oyuna tam nəzarəti ələ aldıq. Qələbə də qazana bilərdik, sadəcə fürsətləri dəyərləndirə bilmədik.
Finala yüksəldiyimiz üçün çox xoşbəxtəm. Azarkeşlər bu gün stadionda möhtəşəm atmosfer yaratmışdılar, onlara ayrıca təşəkkür etmək istəyirəm.
İndi bizi “Qarabağ”la final gözləyir.
Son dövrlər onlarla oyunlarımız çox maraqlı keçir. Düşünürəm ki, azarkeşlər baxımlı və gərgin bir final izləyəcəklər".
XANOĞLAN