“Biz “Neftçi”dən daha kollektiv və nizamlı çıxış etdik”

26 Aprel 2025 00:40 Sabah 656
“Biz “Neftçi”dən daha kollektiv və nizamlı çıxış etdik”

“Çətin və gərgin oyun oldu”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın müdafiəçisi Sofian Çakla deyib.

İspaniya vətəndaşı olan legioner ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi” üzərində əldə etdikləri qələbədən danışıb:

“Neftçi” güclü rəqibdir və bu qarşılaşmada da yaxşı oyun nümayiş etdirdilər. Amma hesab edirəm ki, komandamız daha kollektiv və nizamlı çıxış etdi.

Hər iki görüşdə müdafiədə yaxşı oynadıq, rəqibə çox da şans vermədik. Əldə olunan nəticə sayəsində kubokun finalına yüksəldik və bu, bizim üçün çox önəmlidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA