Yerli futbolçular niyə bu Premyer Liqa klubunda özünü göstərə bilmir?

22 Aprel 19:00 Sabah 548
Yerli futbolçular niyə bu Premyer Liqa klubunda özünü göstərə bilmir?

“Sabah”da yerli futbolçularla bağlı müəmma son günlərin aktual mövzusudur.

Qış fasiləsində Elvin Camalov “Neftçi”yə üz tutdu,

Amin Seydiyevlə Namiq Ələsgərov zədədən əziyyət çəkir, Yusif İmanovla Nicat Mehbalıyev əcnəbi qapıçı Stas Pokatilovun kölgəsində qalır, Abdulla Rzayevlə Şakir Seyidov əvəzedici komandaya göndərilib.

Deyək ki, Camalov Vasili Berezutskinin tələblərinə cavab vermirdi və ya planlarına daxil deyildi. İmanovla Mehbalıyev vaxtında verilən şansdan maksimum yararlana bilmədiklərinə görə Pokatilovu kənardan izləyirlər. Aminlə Namiq isə zədəyə görə kənardadır.

Bəs, bu cür çətin vəziyyətdə Şakirlə Abdullanın “Sabah-2”də nə işçi var?

Həmin futbolçular ki, qış fasiləsində başda “Kəpəz” olmaqla bir neçə Premyer Liqa təmsilçisi onları heyətində görmək istəyirdi. Lakin “Sabah” rəhbərliyi hətta icarə əsasında olsa belə, daim oynayacaqları yerə getmələrinə imkan vermədi.

Halbuki Berezutski “Şamaxı”yla oyundan sonrakı mətbuat konfransında Abdullanı israrla saxlamaq qərarının ona məxsus olmadığını demişdi. Yəni, “yuxarıdan” məsləhət bilinsəydi, gedə bilərdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!