“Premyer Liqada belə qolları ancaq “Qarabağ” vura bilər”

19 Aprel 2025 17:40 Sabah 846
“Premyer Liqada belə qolları ancaq “Qarabağ” vura bilər”

“Bunu bəxtsizliklə, lap doğru desəm, qol imkanlarından yararlana bilməməyimizlə əlaqələndirirəm”.

“Sabah”ın hücumçusu Anatoli Nuriyev Sportinfo.az-a açıqlamasında belə deyib.

O, “kubokda “Neftçi” üzərində səfər qələbəsindən sonra çempionatda ardıcıl iki oyunda məğlub olmusuz, nə baş verir” sualına cavabında aşağıdakıları söyləyib:

“Kəpəz”lə qarşılaşmada hesabı biz açmalıydıq, ancaq rəqib qol vurdu. Ondan sonra da böyük qüvvə ilə müdafiə olundu.

Ümumiyyətlə, Azərbaycan futbolunda vəziyyət belədir.

Hansısa komanda hesabı açır və sonrakı dəqiqələrdə nəticəni qorumaq üçün diqqəti müdafiəyə ayırmaqla əks-hücumlara bel bağlayır.

Bizim çempionatda 10 nəfərlə müdafiə olunan komandalara qolu mövqe hücumları hesabına ancaq “Qarabağ” vura bilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi