“İşə yarayan “qırmızı” idi, hamının xoşuna gəldi” – Hakimi “ağ yuyub, qara sərdi”

14 Aprel 23:00 Sabah 534
“İşə yarayan “qırmızı” idi, hamının xoşuna gəldi” – Hakimi “ağ yuyub, qara sərdi”

“Sabah” Tovuz səfərindən acı məğlubiyyətlə qayıtdı.

Hesabı qonaqlar açsa da, ikinci hissənin .əvvəlində vurulan ardıcıl qollar “Turan Tovuz”a vacib 3 xal gətirdi – 2:1.

“Sabah”ın yeganə qolunun müəllifi olan Anatoli Nuriyev Sportinfo.az-a müsahibədə maraqlı açıqlamalarla yadda qalıb.

- Məğlubiyyəti nə ilə əlaqələndirə bilərsən?

- Maraqlı qırmızı vərəqəydi, fikrimcə, hamının xoşuna gəldi. İşə yarayan “qırmızı” idi.

- Hakimin qərarı ilə razılaşmırsan?

- Niyə razılaşmalıyam ki? Pavol ötürmə verir, rəqib futbolçu ayağını onun qarşısına qoyur. Hakim müəyyən pauzadan sonra qərar verir. Yox, sən ikinci “sarı”nı vermək istəyirsənsə, dərhal fitini səsləndirib bunu etməlisən. Oyun davam edir, top bizdədir və anidən oyunu saxlayır. VAR-a gedə bilmir, çünki birbaşa “qırmızı” deyil, ikinci “sarı”dır. Bəs vaxtında niyə saxlamırdı?

- “Neftçi”ylə “Kəpəz” arasındakı görüşdə Bassala Sambuya verilən qırmızı vərəqəni xatırlayırsan?

- Bilirəm hansı epizodu deyirsiz. Ancaq orda qərar birbaşa “qırmızı”dır. Üstəlik, baş hakim VAR-a baxandan sonra qərar vermək məcburiyyətində qalmışdı. Şafranko “qırmızı” ilə qovulsaydı, başqa məsələ. Ancaq söhbət ikinci “sarı”dan gedir axı. Belədə niyə fitini dərhal səsləndirmədi? Məntiqi başa düşə bilmədim.

- Pavol meydanı vaxtından əvvəl tərk etməsəydi, qələbə hesabını qoruya biləcəkdiz?

- Ən azından belə vəziyyət olmayacaqdı. Şafranko məndən fərqli olaraq topu “bağlamağı” yaxşı bacarır. Taran tipli hücumçudur. Onun yoxluğundan mən oynadım, ancaq hücumdə onun qədər effektli deyiləm axı. “Qırmızı” olmasaydı, qələbə hesabını qoruyacaqdıq.

- İkinci hissənin əvvəlində nə baş verdi? Buraxdığınız ardıcıl qollara görə soruşuram.

- Axmaq səhvlərə yol verdik, başqa heç nə olmadı. “Turan”ın üstün cəhəti hava toplarıdır. Bilirdik ki, bundan yararlanmağa çalışacaqlar. Və bunu bildiyimiz halda, qarşını ala bilmədik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti