“Neftçi” ilə oyunda zədələndi, 1 aya yaxın kənar qalacaq

8 Aprel 2025 01:10 Sabah 924
“Neftçi” ilə oyunda zədələndi, 1 aya yaxın kənar qalacaq

"Sabah"ın zədəli hücumçusu Coy-Lens Mikels 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.

Sportinfo.az xəbər verir ki, onun MRT müayinəsinin cavabı yaxşı olmayıb.

Futbolçuya topuq bağlarının hissəvi yırtığı diaqnozu qoyulub ki, bu da onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı deməkdir.

Mikelsin məşqlərə tam olaraq nə vaxt başlaması müalicə və bərpa prosesinin gedişindən asılı olacaq.

Coy-Lens Mikels Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı ilk oyununda (2:1) ayağından zədə alıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?