“Xal itkisini düşünmürük, limit bitib, onları qaytarmaq vaxtıdır” - İDDİALI DANIŞDI

6 Aprel 2025 16:05 Sabah 854
“Xal itkisini düşünmürük, limit bitib, onları qaytarmaq vaxtıdır” - İDDİALI DANIŞDI

“Heyətimiz genişdir, “Neftçi”yə qarşı oynayan futbolçular istirahət edə, digərləri oynaya bilər.

Buna görə narahat olmağa dəyməz”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”lə görüşdən əvvəl “Sabah”ın müdafiəçisi Con İrasabal deyib.

Premyer Liqanın 29-cu turunda “Bank Respublika Arena”da üz-üzə gələcək komandaların dueli maraqlı idman mübarizəsi vəd edir.

“Tələbələr” həftəiçi ölkə kubokunda iştirak etsə də, gəncəlilər tam gücüylə “Sabah”la matça hazırlaşıb. Üstəlik, komandaların sonuncu duelində “Sabah” səfərdə “Kəpəz”ə boyun əymişdi.

İspan müdafiəçi bundan sonra xal itkiləri barədə düşünmədiyini söyləyib:

“Baş məşqçinin sərəncamında futbolçu sayı çoxdur. Kimsə yorğundursa, yaxud özünü yaxşı hiss etmirsə, onu başqası əvəzləyə bilər. “Kəpəz” önündə bu mənada çətinlik çəkəcəyimizi düşünmürəm.

Həqiqətən yaxşı rəqibdir. Daim pressinq edir, sürətli hücumlar qururlar. Məqsədimiz hər zaman olduğu kimi qalib gəlməkdir.

Heç-heçə, yaxud məğlubiyyət barədə düşünmürük. Çempionatın gedişində çox sayda xallar itirmişik deyə, limit bitib. İndi onları geri qaytarmaq vaxtıdır”.

Aprelin 6-da “Bank Respublika Arena”da keçiriləcək matç saat 17:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA