“Neftçi”yə qol vuran slovak: “Komandamın qalib gəlməsi məni sevindirir”

5 Aprel 2025 14:20 Sabah 833
“Neftçi”yə qol vuran slovak: “Komandamın qalib gəlməsi məni sevindirir”

“Fikrimcə, azarkeşlər üçün çox maraqlı oyun oldu”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın hücumçusu Pavol Şafranko səfərdə “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu haqda deyib.

Slovakiyalı legioner vurduğu qoldan məmnun olduğunu və cavab görüşündə də yaxşı mübarizə aparmağa hazır olduqlarını qeyd edib:

“İlk yarıda şanslar bərabər idi. Həm rəqib, həm də bizim qapımız qarşısında təhlükəli epizodlar baş verdi.

İkinci hissədə isə biz daha yaxşı oyun sərgilədik. Bunun nəticəsində layiqli qələbə qazandıq.

Qol vurduğum matçda komandamın qalib gəlməsi məni sevindirir. Cavab görüşündə də yaxşı mübarizə aparıb kubokun finalına yüksəlməyi hədəfləyirik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?