“Neftçi”ni udub finala getmək, kuboku götürmək istəyirik”

4 Aprel 2025 14:20 Sabah 906
“Neftçi”ni udub finala getmək, kuboku götürmək istəyirik”

“Maraqlı oyun oldu, əsas odur ki, qalib gəldik”.

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın yarımmüdafiəçisi Anatoli Nuriyev deyib.

O, Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Neftçi”yə qarşı səfərdə qazandıqları 2:1 hesablı qalibiyyət haqda danışıb.

28 yaşlı orta sahə oyunçusu komandalarının əsas hədəfinin finala yüksəlmək olduğunu bildirib:

“Bunun üçün çox şadam. Amma hələ ikinci oyun var və bu daha da vacib matçdır.

Yenidən qələbə qazanmaq lazımdır. Çünki finala gedib, kuboku götürmək istəyirik”.

“Sabah” və “Neftçi” arasındakı cavab oyunu aprelin 23-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?