“Sabah” İtaliya və Albaniya klubları ilə “sülh çətiri”nin altında

2 Aprel 2025 16:40 Sabah 837
“Sabah” İtaliya və Albaniya klubları ilə “sülh çətiri”nin altında

“Sabah”ın Premyer Liqanın cari mövsümdə 15-ci heç-heçəsi tək Azərbaycan futbolu üçün diqqətçəkən nəticə deyil.

Dünya futbolunda milli çempionatların ən güclü liqalarında iştirak edən komandalar arasında Masazır təmsilçisi yalnız Albaniya klublarından geri qalır.

Sportinfo.az xəbər verir ki, Albaniya Superliqasında autsayderlər qrupunda olan “Tirana” 31 oyundan 17-sini, 5-ci pillədə olan “Elbasani” isə 16-sını bərabərliklə başa vurub.

Ölkələrinin səviyyəcə 2-ci liqalarına da nəzər salsaq, İtaliya B seriyasında “Bari”nin 30, “Katandzaro”nun isə 31 oyundan 16-sında “sülh” bağladığını görərik.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?