Əvvəl Azərbaycanda 3 belə komanda var idi, indi dörd oldu

31 Mart 2025 02:30 Sabah 1 247
Əvvəl Azərbaycanda 3 belə komanda var idi, indi dörd oldu

Premyer Liqanın XXVIII turunda “Sumqayıt”ın qonağı olan “Sabah” səfərdə 3:3 hesablı heç-heçəyə imza atıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu, Bakı klubunun mövsümdə 15-ci bərabərliyi olub.

Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.

Bunadək rekord hərəyə 14 sülhə imza atan “Neftçi” (2009/10), “Bakı” (2012/13) və “Zirə”yə (2020/21) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA