“Sabah” Şüvəlanda qalacaq, Masazırda meydana çıxacaq

26 Dekabr 2024 08:50 Sabah 966
“Sabah” Şüvəlanda qalacaq, Masazırda meydana çıxacaq

“Sabah” qış təlim-məşq toplanışında 1 oyunda qüvvəsini sınayacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "bayquşlar" mövsümün ikinci yarısına hazırlıqlara yanvarın 4-də başlayacaq.

Paytaxt təmsilçisi Şüvəlanda yerləşən bazasında - “Sabah” Futbol Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv hazırlıq çərçivəsində “Şamaxı” ilə qarşılaşacaq. Görüş yanvarın 12-də, “Bank Respublika Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA