Premyer Liqa klubu daha bir yeni tərəfdaşla müqavilə imzaladı

18 Dekabr 2024 11:20 Sabah 1 094
Premyer Liqa klubu daha bir yeni tərəfdaşla müqavilə imzaladı

"Sabah" FK və "Kitabevim.az" mağazalar şəbəkəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportinfo.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində "Hədəf" Şirkətlər Qrupuna daxil olan "Xan", "Hədəf", "Sinkod" yayım və dağıtım şirkəti və "Kitabevim.az" kitab mağazalar şəbəkəsi tərəfindən verilmiş kitablar əsasında "Sabah" Futbol Mərkəzinin istirahət otağında komandanın üzvləri üçün kitabxana yaradılıb.

Bundan əlavə, "Sabah"ın ev oyunlarını keçirdiyi "Bank Respublika Arena"da kitab mağazasının bannerləri yer alacaq.

Gələcəkdə tərəflər arasında müxtəlif birgə layihələrin təşkil edilməsi də nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!