COP29

“Bütün diqqətimiz "Qarabağ"dadır, onları səbrsizliklə gözləyirik"

7 Dekabr 2024 17:20 Sabah 1 299
“Bütün diqqətimiz "Qarabağ"dadır, onları səbrsizliklə gözləyirik"

Azərbaycan Premyer Liqasında 16-cı tura bu gün start veriləcək.

Turun prinsipial matçı ilk oyun gününə təsadüf edəcək.

"Sabah" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək.

Vasili Berezutskinin baş məşqçi postuna gəlməsindən sonra "tələblər"in tədricən özünə gəlməsi bu oyundan olan gözləntiləri də birə-beş artırıb

"Səbail"lə oyunda 7 oyunluq qələbə həsrətinə son qoyan Masazır klubu çətin Tovuz səfərində isə "Turan"ı penaltilər seriyasında üstələyərək ,ökə Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanmış oldu.

Görəsən, uğurlu gedişatı bu gün liderlə matçda davam etdirmək mümkün olacaqmı?

Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq, komandanın forvardı Neqoş Kupusoviç çox inamlı danışıb:

"Hazırda bütün diqqətimiz “Qarabağ”la oyuna yönəlib. Hər birimiz bu matçı səbirsizliklə gözləyirik.

“Qarabağ” böyük komandadır, onlar Avropa Liqasının liqa mərhələsində iştirak edirlər.

Doğma stadionumuzda baş tutacaq oyunda 3 xal qazanmaq üçün ən yaxşı oyunumuzu sərgiləməliyik".

"Bank Respublika Arena"da keçiriləcək görüşün start fiti 18:00-da veriləcək.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti