Aleksey Antonyuk karyerasını Azərbaycanda davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis "Sabah" ın baş məşqçisi Vasili Berezutskinin köməkçisi təyin edilib.
O, buna qədər Rusiyanın 1-ci liqa təmsilçisi "Rodina"da çalışıb.
Rusiya klubu açıqlama yayaraq Aleksey Antonyukun "Rodina"nı tərk etdiyini və karyerasını "Sabah"da davam etdirəcəyini bildirib.
Açıqlamada qeyd edilib ki, Aleksey Antonyuk karyerası ərzində Stanislav Aqkatsev ("Krasnodar"ın və Rusiya millisini qapıçısı) və Matfey Safonov (hazırda PSJ-də oynayır) kimi futbolçular yetişdirib.
Antonyuk 2023-cü ildə Rusiya millisində də qapıçılarla iş üzrə məşqçi işləyib.
"Sabah"ın baş məşqçisi Vasili Berezutski daha əvvəl Rusiyadan Dmitri Smirnov və Aleksandr Naqornını da özünə köməkçi götürüb.