Azərbaycan klubunun prezidenti ruslara apardığı danışıqları AÇIQLADI

29 Noyabr 2024 00:20 Sabah 1 284
Azərbaycan klubunun prezidenti ruslara apardığı danışıqları AÇIQLADI

"Burada onun istəyi və motivasiyası əsas rol oynadı".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın prezidenti Maqsud Adıgözəlov "Matc TV"yə açıqlamasında rusiyalı mütəxəssis Vasili Berezutskinin baş məşqçi təyin olunması ilə bağlı danışarkən deyib.

"Sabah" Vasili Berezutski ilə 2,5 illik müqavilə imzalayıb. Funksioner danışıq prosesinin çox vaxt aparmadığını bildirib:

"Bütün vacib aspektləri müzakirə etdiyimiz məhsuldar görüş keçirdik. Baş məşqçi artıq klubla bağlı müəyyən məlumatlara malikdir.

Burada onun istəyi və motivasiyası əsas rol oynadı".

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?