"Sabah"ın uşaqları "Tbilisi Cup"da ikinci yeri tutdu

20 Fevral 2024 01:20 Sabah 420
"Sabah"ın uşaqları "Tbilisi Cup"da ikinci yeri tutdu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi Cup” beynəlxalq turnirinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın U-11 komandası turnirin yarımfinal mərhələsində təşkilatçı ölkənin təmsilçisi “Torpedo”ya minimal hesabla (1:0) qalib gələrək finala vəsiqə qazanıb.

Həlledici matçda Tbilisinin “Lokomotiv” komandası ilə qarşılaşan Arslan Quliyevin yetirmələri qolsuz bitən oyunun penaltilər seriyasında məğlub olaraq (2:3) turniri 2-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?