Şikayət təmin olundu, 4000 manat "Sabah"ın cibində qaldı

25 Noyabr 2022 13:40 Sabah 393
Şikayət təmin olundu, 4000 manat "Sabah"ın cibində qaldı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın şikayətini təmin edib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin noyabrın 3-də paytaxt təmsilçisinə verdiyi 4000 manatlıq cərimə ləğv olunub.

Azərbaycan Premyer Liqasının XII turunda keçirilmiş "Sabah" - "Qəbələ" (2:1) görüşündə hər iki komandanın azarkeşləri arasında kütləvi intizamsızlıq baş verib, fanatlar iğtişaş törədiklərinə görə klublar ayrı-ayrılıqda 4000 manat cərimə edilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"