“Sportinfo”nun xəbəri rəsmən təsdiqləndi - Azərbaycan klubu yeni baş məşqçi ilə anlaşdı

30 Oktyabr 2021 16:20 Sabah 1 392
“Sportinfo”nun xəbəri rəsmən təsdiqləndi - Azərbaycan klubu yeni baş məşqçi ilə anlaşdı

“Sabah” yeni baş məşqçisinin kimliyini müəyyənləşdirib.

Masazır klubu bir müddətdir danışıq apardığı Murad Musayevlə müqaviləni rəsmiləşdirib.

Klub rəsmi saytı vasitəsilə rusiyalı mütəxəssisin təyinatını açıqlayıb. 37 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Musayev bu postda Premyer Liqanın VII turunda “Qarabağ”a məğlubiyyətdən sonra istefa verən Ramin Quliyevi əvəz edib. Yeni çalışdırıcı komandada işinə gələn həftə başlayacaq.

Bu haqda ilk xəbəri Sportinfo.az yayıb (https://www.sportinfo.az/idman_xeberleri/sabah/125477.html).

Oktyabrın 24-də verdiyimiz məlumatda tərəflərin görüşməsi barədə oxucularımızı isti-isti məlumatlandırmışdıq.

Həmçinin dünən müqavilənin müddətini eksklüziv olaraq açıqlamışdıq (https://www.sportinfo.az/idman_xeberleri/sabah/125723.html).

Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb.

O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb.

Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb.

Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib.

37 yaşlı mütəxəssis bu il aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti