"Krasnodar"ın sabiq baş məşqçisi Murad Musayev "Sabah"ı çalışdırmağa razılıq verib.
Biz bu barədə ilk xəbəri yayandan sonra tərəflər arasındakı danışıqlara bələd olan şəxs championat.com-a məlumatı təsdiqləyib.
Daha əvvəl 38 yaşlı mütəxəssisin “Sabah”ın Masazırda yerləşən bazasında olduğunu və klub nümayəndələri ilə görüşdüyünü açıqlamışdıq.
Redaksiyamıza daxil olan yeni informasiyaya görə, "Sabah" 37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayacaq.
Rusiyalı sükançı bu məqsədlə yaxın 1-2 gün içində yenidən Azərbaycana dönəcək.
Razılaşmaya əsasən, onun fəailiyyəti klub rəhbərliyini qane edərsə, sözləşmə miüddəti daha 2 il uzadılacaq. Bunun üçün o, "Sabah"ı avrokuboklara daşımalıdır.
Komandanı Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutacaq “Qəbələ” ilə matça klubun idman direktoru İqor Ponomaryov çıxaracaq.
61 yaşlı mütəxəssis kollektivi qarşıdakı oyuna özü hazırlayır.
Oktyabrın 31-də keçiriləcək “Qəbələ” – “Sabah” matçına saat 16:00-da start veriləcək.
“Sabah” oktyabrın 21-də sabiq baş məşqçisi Ramin Quliyevlə vidalaşıb. Bu üzdən komandanı bundan öncəki “Sumqayıt”la matça da İqor Ponomaryov çıxarmışdı.
SPORTİNFO.AZ

