Səlahət baş məşqçinin gedişini şərh edib, bu günə olan arzusunu dilə gətirdi

23 Oktyabr 2021 13:40 Sabah 697
Səlahət baş məşqçinin gedişini şərh edib, bu günə olan arzusunu dilə gətirdi

“Bu, Ramin Quliyevin öz qərarıdır.

Belə alındığına görə təəssüf edirəm, lakin bizim işimiz bu qərara hörmətlə yanaşmaqdır.

Əlbəttə, bu cür gedişatı heç birimiz gözləmirdik. Lakin toparlanmaq lazımdır”.

“Sabah”ın kapitanı Səlahət Ağayev Sportinfo.az-a açıqlamasında yaydan bu yana rəhbərliyi altında çalışdığı Ramin Quliyevin istefasını bu sözlərlə şərh edib.

Quliyevin komandanı tərk etməsi “Sabah”ın qələbələri sıralayacağı anlamına gəlməməlidir. Çünki “sükan” arxasında kimin olmasından asılı olmayaraq, ilk növbədə komandanın psixoloji durumunu qaydasına salmaq gərəkir.

Qarşıda isə “Sumqayıt”la vacib qarşılaşma var. Həmin rəqib ki, bir həftə əvvəl “Neftçi” kimi güclü komandaya məğlub olmamışdı.

Səlahət sumqayıtlıları məğlub etmək üçün əllərindən gələni etməyə çalışacaqlarını gizlətmədi:

“Biz bir komandayıq. Sükan arxasında kimin olmasından asılı olmayaraq, bizim işimiz hər matça maksimum dərəcədə köklənmək, hər oyuna qələbə üçün çıxmaqdır.

“Sumqayıt”la qarşılaşma da bu baxımdan isitisna deyil. Əlimizdən gələni edəcəyik ki, bu oyundan qələbə ilə ayrılaq”.

“Sabah” – “Sumqayıt” qarşılaşması bu gün saat 16.00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda