"Mən hələlik ideal formamdan bir qədər uzağam" - VİDEO

26 İyul 2021 16:40 Sabah 907
"Mən hələlik ideal formamdan bir qədər uzağam" - VİDEO

"Burada olmaqdan çox şadam.

Yaxşı komandamız var. Günü-gündən özümüzü inkişaf etdiririk".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah"ın yeni transferi Coy-Lans Mikels klubun rəsmi yutub kanalına açıqlamasında Gürcüstanda davam edən təlim-məşq toplanışı barədə danışarkən deyib.

Almaniyalı futbolçu ideal formasından bir qədər uzaq olduğunu bildirib:

"Məşqlərimiz çox gərgin keçir. Məşq, oyun keçirdiyimiz meydançaların vəziyyəti, həmçinin qaldığımız oteldə şərait yaxşıdır. Burda olmaqdan çox şadam.

Mən hələ ki, ideal formamdan bir qədər uzağam. Tezliklə öz formamı bərpa etmək üçün əlimdən gələni edəcəm. Tezliklə öz formamı qazanmaq üçün əlimdən gələni edəcəm".

"Sabah"a Niderland "Maastrixt"indən keçən 27 yaşlı hücumameylli yarımmüdafiəçi 2 illik müqaviləyə qol çəkib.”.

Digər Xəbərlər
Xəbər Lenti