“Bir problemi axtaranda, bir çox başqa problemlər gizlənir”

3 May 11:20 Sabah 736
“Bir problemi axtaranda, bir çox başqa problemlər gizlənir”

“Mən həqiqətən belə düşünməyi sevmirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın futbol akademiyasının kordinatoru Adino Mustedanaqiç deyib.

Xeyli müddətdir ölkəmizdə çalışdan xorvatiyalı mütəxəssis hamını narahat edən bir məsələyə münasibət bildirib.

Balkanlı “Azərbaycanda uşaq futbolunun inkişafı üçün bu qədər pul xərclənir, infrastrukturlar hazırlanır, ancaq uşaq futbolunda irəliləyiş yox dərəcəsindədir. Əsas problem nədir?” sualına cavabında aşağıdakıları söyləyib:

“Bir problemi axtaranda, bir çox başqa problemlər gizlənir. Futbolçu hazırlamaq mürəkkəb məsələdir, ancaq bunu sadələşdirmək mümkündür.

Bunu sadələşdirməyin ən yaxşı yolu vahid uzunmüddətli strategiyaya sahib olmaq, oyunçuların, məşqçilərin və koordinatorların hara istiqamətləndiyini bilmək üçün sabitliyi təmin edəcək bir çox sadə şeylər etməkdir.

Hesab edirəm ki, bu planı Azərbaycanı bir ölkə kimi dərk edən insanlarla hazırlamaq lazımdır. Şəxsən mən Azərbaycana gələndə, yerli mədəniyyətin necə işlədiyini tam başa düşmək üçün təxminən 2 il vaxt sərf etdim.

Hesab edirəm ki, bu aspekt ciddi şəkildə qiymətləndirilmir. Klublardakı cavabdeh şəxslərin əksəriyyəti daha çox əsas komandanın qayğıları ilə maraqlanır, əlaqədə olur .

Halbuki əsas komandaların səviyyəsi bütün ölkələrdə oxşardır, çünki UEFA çox sərt qaydalar təqdim edir və heyətdə çox sayda əcnəbilər var.

Gənclər səviyyəsində vəziyyət tamamilə əksinədir”.

Digər Xəbərlər
Xəbər Lenti